15:46 21-08-2020
news_image
144
FUTBOL

Oyunçularını dəyişə bilər – “Arsenal”la “Yuventus”

“Yuventus” “Arsenal”ın hücumçusu Aleksandr Lyakazettin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Turin klubu ulduz futbolçu üçün növbəti dəfə qarşı tərəflə danışıq aparmağa hazırlaşır.

“Qoca sinyora” bu dəfə müəyyən məbləğdə pul və yarımmüdafiəçi Federiko Bernardeskini londonlulara təklif edəcək. Bernardeskinin “Arsenal”ın maraq dairəsində olması bu dəyişikliyin reallaşmasına yol aça bilər.

Qeyd edək ki, Aleksandr Lyakazett ötən mövsüm 30 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə verib.