16:38 21-08-2020
news_image
258
FUTBOL

Bakı səfəri öncəsi 6 transfer hazırlığı – “Laçi”də

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Albaniya klubu artıq bir oyunçu ilə münasibətləri rəsmiləşdirib.

Klub yanvarda “Llapi”dən ayrılan və həmin vaxtdan işsiz qalan sol vinger Mentor Mazrekayla müqavilə imzalayıb. Bununla kifayətlənmək istəməyən “Laçi” “Keşlə” ilə avrokubok matçına qədər daha 6 oyunçunu heyətinə qatmağa çalışır. Rəhbərlik konkret olaraq qapıçı Alen Şerri (“Vlajniya”), mərkəz müdafiəçisi Renato Malota (“Vlajniya”), sağ cinah müdafiəçisi Dorian Kerçiku (“Partizani”), yarımmüdafiəçilər Kleydi Rapo (“Poqradeçi”), Aurel Demo (“Luftetari”) və Lukas Ramosla (“Flamurtari”) anlaşmağa çox yaxındır.

Həmçinin 16 yaşlı yarımmüdafiəçi Diar Nikqi və 18 yaşlı Endri Murati gələcəyə yatırım hesab edilir.

Dimitri Stajilla, Dembakui Jomba, Eqlentin Qyoni, Bedri Qreka və Uendi Veçay isə yay fasiləsində albanları tərk edən oyunçulardır.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” oyunu 21:00-da başlayacaq.