16:55 21-08-2020
news_image
274
FUTBOL

Premyer Liqa klubu ilə anlaşdı – Beyl

“Real”ın hücumçusu Qaret Beylin yeni komandasının adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Uels millisinin kapitanı yenidən İngiltərədə çıxış edəcək.

Çünki 31 yaşlı ulduz futbolçu “Mançester Yunayted”lə anlaşıb. “Mankunianlar”la uzun müddətdir danışıq aparan Beyl Premyer Liqa təmsilçisi ilə şəxsi razılığa gəlib. Həmçinin “kral klubu” da 2022-ci ilin yayına qədər müqaviləsi olan oyunçunu yüksək məbləğdə maaşından qurtulmaq üçün ucuz qiymətə satmağa hazırdır. Keçidin yaxın günlərdə açıqlanması gözlənilir.

Qeyd edək ki, Qaret Beyl “Real”a keçməzdən əvvəl 2007-2013-cü illərdə İngiltərədə “Tottenhem”in formasını geyinib.