20:11 21-08-2020
news_image
294
FUTBOL

3 əvəzinə 33 - açılış oyununda kuryoz hadisə

Azərbaycan Premyer Liqasının I turunda qeyri-adi hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, "Sumqayıt"la "Keşlə" arasında baş tutan açılış görüşündə qonaqların müdafiəçisi Tərlan Quliyev meydana 33 nömrəli forma ilə çıxıb.

İkinci hissədə Şəhriyar Əliyevi əvəz edən Quliyev protokolda 3 nömrə kimi göstərilsə də, bir neçə dəqiqə 33 nömrə altında oynayıb. Matçın baş hakimi Elçin Məsiyevin oyunun gedişində xəbərdarlığından sonra Quliyev texniki zonaya yaxınlaşıb və 3-lərdən birinin üstünü örtüb.

Qeyd edək ki, Sumqayıtda keçirilən oyunda hesab 0:0-dır.