20:46 21-08-2020
news_image
120
FUTBOL

“Səhv etmədən qələbə qazandıq” - Yunis Hüseynov

"Komandaya 5-6 gündür baş məşqçi təyin olunmuşam. İşlərimin çoxluğu üzündən jurnalistlərə cavab verə bilmədim. Ona görə üzr istəyirəm”. 

Apasport.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yunus Hüseynov səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib. 

55 yaşlı mütəxəssis bildirib ki, komandanı çempionatın bütün oyunlarını izlədiyi üçün əvvəldən də tanıyıb. Amma o, bütün futbolçulara hələ yüz faiz bələd olmadığını vurğulayıb. 

Hüseynov bildirib ki, startdakı görüş xüsusi əhəmiyyət daşıyırdı: “Bu, çox vacib oyun idi. Qələbə qazanaraq, Avropa Liqası matçına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirdik. Futbolçularına təşəkkür edir, rəqibə uğurlar arzulayıram. Düzgün oynayan komanda qalib gəlir, səhv edən uduzacaqdı. Biz səhv etmədən qələbə qazandıq".

O, Aleksandr Kriştovaodan istədiklərini get-gedə verə biləcəyinə inam ifadə edib. Baş məşqçi ötən 5 gün ərzində yalnız "Sumqayıt"ı analiz etdiyini və artıq yalnız Albaniya "Laçi"si ilə bağlı düşünəcəklərini açıqlayıb. Hüseynov klub rəhbərliyinin onun qarşısında yaxşı oyun məqsədi qoyduğunu deyib: "Yaxşı oyun olanda yaxşı nəticə də gəlir. Rəhbərlik də yaxşı oyun istəyib".

Bəyəndiyi 2 oyunçunun olduğunu bildirən baş məşqçi onların Avropa Liqası matçınadək gətirməyə çalışacağını əlavə edib.