00:55 23-08-2020
news_image
373
FUTBOL

"Dijon" uduzdu, "Lill" büdrədi - YENİLƏNİB

Fransa Liqa1-də I turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 2 oyun keçirilib.

Yarımçıq başa çatdırılan ötən mövsümdə 16-cı yerlə elitada qalan "Dijon" öz meydanında "Anje"yə yeganə topla məğlub olub.

Son mövsümün üçüncüsü "Renn" isə 4-cü yeri tutan "Lill"in qonağı olub. Gərgin keçən görüşdə komandalar hərəyə 1 qırmızı vərəqə və 1 qolla xalları yarı bölüblər.

Avqustun 23-də daha 4 oyun keçiriləcək. Turun 3 matçı isə sentyabrın 15-17-də baş tutacaq.

Fransa Liqa1-i
I tur
22 avqust
19:00. "Dijon" - "Anje" - 0:1

Traore, 22
23:00. "Lill" - "Renn" - 1:1
Bamba, 40 - Da Silva