10:07 22-08-2020
news_image
103
FUTBOL

Konte gedir, Alleqri gəlir - "İnter"də

"İnter" baş məşqçi dəyişikliyinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının finalında "Sevilya"ya məğlub olan "neradzurra" Antonio Konte ilə yollarını ayırmağı planlaşdırır.

Təcrübəli mütəxəssis özü də matçdan sonra gedəcəyini istisna etməyib. Gələn həftə Konte ilə görüşəcək rəhbərlik yekun qərarını verəcək. İtaliya mətbuatı milanlıların onunla vidalaşacağını, baş məşqçi postuna isə Massimiliano Alleqrini gətirəcəyini vurğulayıb. Hətta Alleqri ilə ilkin razılıq da əldə olunub.

Qeyd edək ki, "İnter" geridə qalan mövsüm A seriyasında 2-ci yeri tutub.