11:03 22-08-2020
news_image
74
FUTBOL

Zədəlilər finala hazırdır - PSJ və "Bavariya"da

PSJ və "Bavariya"nın zədəli futbolçuları sıraya dönüb.

Apasport.az saytının məlumatına görə, Paris klubunun qapıçısı Keylor Navasla Bundesliqa təmsilçisinin müdafiəçisi Jerom Boatenq tamam sağalıb.

Hər iki futbolçu Çempionlar Liqasının final matçında məşqçilər korpusunun ixtiyarında olacaq. Navas zədə ucbatından yarımfinalda "Leypsiq"lə (3:0) görüşü buraxıbsa, Boatenq eyni mərhələdə "Lion"la (3:0) matçda xəsarət alıb. Hər iki oyunçu final qarşılaşmasında meydana çıxa biləcək.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu avqustun 23-də Lissabonda keçiriləcək.