11:29 22-08-2020
news_image
100
FUTBOL

Hücumçusu ilə yollarını ayırdı - "Neftçi"nin rəqibi

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi" daha bir futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Yahi Buşi Çair klubu ilə yollarını ayırıb.

Ötən mövsüm "Şkupi"nin gənclər komandasında 16 oyunda 9 qol vuran və qış fasiləsində əsas kollektivə cəlb olunan 19 yaşlı forvard ikinci liqa təmsilçisi "Osoqovo"ya ilə müqavilə imzalayıb.

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" oyunu 20:00-da başlayacaq.