12:18 22-08-2020
news_image
123
FUTBOL

"Barselona" yetirməsini qaytarır - 10 milyonluq təklif

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı futbolçu yetirməsi olduğu "Barselona"ya keçmək istəyir.

Kataloniya klubu bu transferin reallaşması üçün ingilislərə 10 milyon avro təklif edib. "Şəhərlilər"in cavabı "yox" olarsa, "Barsa" gənc mərkəz müdafiəçisi ilə gələn ilin yanvarında müqavilə imzalayacaq və mövsümün sonunda azad agent kimi heyətinə qatacaq. Çünki Qarsiyanın "Mançester Siti" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir və o, "Barselona"ya dönmək üçün yeni sazişə razılıq vermir.

Qeyd edək ki, Erik Qarsiya 2019/20 mövsümündə 14 oyunda iştirak edib.