12:23 22-08-2020
news_image
146
FUTBOL

"Bakıdakı oyunun hazırlıqlarına başlayırıq" - "Şkupi"nin baş məşqçisi

"Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Amma vurğulamaq istəyirəm ki, heç bir qələbə asan əldə edilmir, xüsusən də, səfərdə".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi"nin baş məşqçisi Muharrem Bayrami Şimali Makedoniya çempionatının III turunda "Belasika" üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Çalışdırıcı birinci hissədə real qol şansını qaçırdıqlarını sözlərinə əlavə edib: "İlk hissədə 100 faizlik şansımız oldu, dəyərləndirə bilmədik. Qələbə son dəqiqələrdə qazanıldı. Artıq bütün diqqətimizi "Neftçi" ilə keçiriləcək matça yönəldəcəyik. Bu gündən Bakıdakı oyunun hazırlıqlarına başlayırıq".

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" görüşü 20:00-da başlayacaq.