12:42 22-08-2020
news_image
201
FUTBOL

90 milyona aldığı futbolçunun müqaviləsinə xitam verir - "Yuventus"

"Yuventus" iki futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, bunlar yarımmüdafiəçi Sami Xedira və hücumçu Qonsalo İquaindir.

Turin təmsilçisi müqavilə müddəti gələn ilin yayına qədər olan İquain və Xediranın sözləşməsinə qarşılıqlı razılıqla xitam verməyi planlaşdırır. Hazırda tərəflər arasında bununla bağlı danışıqlar gedir. Futbolçular rəhbərliyin istəyinə razı olsalar, azad agent statusuna malik olacaq və istədikləri kluba havayı keçə biləcəklər.

Qeyd edək ki, Sami Xedira 2015-ci ildən, Qonsalo İquain isə 2016-cı ildən "Yuventus"da çıxış edir. Xüsusən də, argentinalı forvard "Napoli"dən 90 milyon avroya alınıb.