
18:20
"Real" "Renn"in yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer edə bilməyəcək.
Apasport.az saytının məlumatına görə, "kral klubu"nun uzun müddətdir heyətinə qatmaq istədiyi 18 yaşlı futbolçu komandasında qalacağını açıqlayıb.
Fransanın gənclər millisinin üzvü 2020/21 mövsümünü də Liqa1-də keçirəcəyini söyləyib: "Renn"lə müqavilə müddətimin sonuna hələ 2 il qalır. Yeni mövsümdə də "Renn"də oynayacağam. Gələcəyimlə bağlı söz-söhbətlərdən narahat deyiləm. Futbolda həm həqiqət, həm də yalan var".
Qeyd edək ki, Eduardo Kamavinqa ötən mövsüm 36 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.