14:23 22-08-2020
news_image
91
FUTBOL

Koronavirusa yoluxdu - Türkiyə klubunun futbolçusu

Türkiyənin daha bir klubunda koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, "Bursaspor" bir futbolçusunda testin cavabının pozitiv çıxdığını yayıb.

Həmin oyunçunun adı açıqlanmasa da, onun karantinə alındığı vurğulanıb. TFF I liqa təmsilçisində virusa yoluxan futbolçunun həkim müayinəsinə başlanıb.

Qeyd edək ki, son günlər Türkiyə Super Liqasının və TFF I liqasının bir neçə klubunda koronavirusa yoluxma aşkarlanıb.