14:55 22-08-2020
news_image
210
FUTBOL

"Hələ tam hazır deyilik" - Namik Ələsgərov

"Çoxdandır bir oyunda iki qol vurmurdum. Bu, qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacaq. Amma əsas olan komandanın qələbəsidir, qolları kimin vurması deyil".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərov Azərbaycan Premyer Liqasının I turunda "Səbail"lə keçirilən oyunu dəyərləndirərkən deyib.

Vurduğu 2 qolla komandasına qələbə qazandıran (2:1) Ələsgərov klubun rəsmi saytına açıqlamasında azarkeşsiz oynamağın çətinliyindən bəhs edib: "Azarkeşlərin olmaması bizə çətinlik yaradır. Bununla belə, onlar həmişə bizim yanımızdadır. Biz onların dəstəyini hiss edirik. Bu bizə əlavə güc verir. Təbii ki, uzun fasilədən sonra yenidən meydana çıxmaq çətindir. Hələ tam hazır deyilik. İnanıram ki, oyundan-oyuna daha yaxşı oynayacağıq. Çempionatın ilk matçları həmişə çətin keçir, amma əsas olan ilk oyunda qələbə qazanmaq idi. Artıq bu görüşü yaddan çıxarıb "Şkupi” ilə matça köklənmək lazımdır. Bu oyunda qələbə bizim üçün çox önəmlidir”.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Neftçi" - "Şkupi" oyunu avqustun 27-də Bakıda keçiriləcək.