
11:37
Şimali Makedoniya çempionatında III turun matçları davam edir.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Şkendiya" ikinci oyun günündə “Makedoniya”nın qonağı olub.
Görüş ev sahiblərinin məğlubiyyəti ilə başa çatıb. “Şkendiya” Bakı səfəri öncəsi 1:0 hesabı ilə qalib gəlib. Yeganə qola Besart İbraimi imza atıb.
Komanda bu oyundan sonra 7 xalla ikinci pillədə yer alıb.
Qeyd edək ki, “Sumqayıt” – “Şkendiya” qarşılaşması avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək.