20:54 23-08-2020
news_image
231
FUTBOL

"Monako" məğlubiyyətdən qaçdı, "Nitsa"dan əzmkar qələbə - YENİLƏNİB

Bu gün Fransa Liqa1-də I turun daha 4 oyunu keçirilib.
    
Apasport.az saytının məlumatına görə, "Monako" Avropa Liqası iştirakçısı "Reyms"i qəbul edib.

Qonaqlar erkən qollar sayəsində 2 top fərqi ilə önə keçmələrinə baxmayaraq, Knyazlıq klubu məğlubiyyətdən qaçmağa müvəffəq olub.

Çempionatın debütantı "Loryen" doğma arenasında "Strasburq"la qarşılaşıb. Qonaqlar ilk yarıda hesabı açsalar da, fasilədən sonra "Loryen" rəqib qapısından 3 cavabsız top keçirərək qalib gəlib.

Avropa Liqasında Fransanı təmsil edəcək "Nitsa" isə Liqa1-in digər debütantı "Lans"ı sınağa çəkib. "Lans" penaltidən vurduğu erkən qol sayəsində önə keçib. Ancaq Amine Quirinin dublu "Nitsa"ya əzmkar qələbə qazandırıb.

Turun "Monpelye" - "Lion" (15 sentyabr), PSJ - "Mets" (16 sentyabr) və "Marsel" - "Sent-Etyen" (17 sentyabr) oyunları təxirə salınıb.

Fransa Liqa1
I tur
23 avqust

15:00. "Monako" - "Reyms" - 2:2
Disasi, 45+2; Badiaşi, 55 - Dia, 5; Ture, 21
17:00. "Loryen" - "Strasburq" - 3:1
Vissa, 51, Qrbiç, 60, Hamed, 87 - Çairi, 30
17:00. "Nim" - "Brest" - 4:0
Dankey, 8, Melinq, 31, Filippoteaks, 69, Kone, 84
19:00. "Nitsa" - "Lans" - 2:1
Quiri, 23, 75 - Kakuta, 11 (pen.)