12:47 23-08-2020
news_image
153
FUTBOL

Keçmiş komanda yoldaşını istəyir - Pirlo

"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal yenidən İtaliyaya qayıtmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, "Yuventus" sabiq oyunçusunun xidmətində maraqlıdır.

Turin klubunun baş məşqçisi Andrea Pirlo keçmiş komanda yoldaşını ixtiyarında görmək istəyini rəhbərliyə çatdırıb. Həmçinin 33 yaşlı oyunçu özü də yenidən "qoca sinyora"nın formasını geyinmək arzusundadır. "Barselona"nın transferə çıxardığı Çili millisinin üzvünün "Yuventus"a keçmək şansı yüksək dəyərləndirilir.

Qeyd edək ki, Arturo Vidal 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib.