13:15 23-08-2020
news_image
397
FUTBOL

Müqaviləsinə xitam verilir - "Qəbələ"yə gəlmək üçün

Braziliyanın “Parana” klubunun futbolçusu Rafael Alemaonun karyerasını Azərbaycanda davam etdirmək şansı artıb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 24 yaşlı vinger artıq klubunun razılığını alıb.

Bu yay 8 transfer həyata keçirən B seriyası təmsilçisi 3 əsas heyət üzvünün gedişinə mane olmamaq qərarına gəlib ki, onlardan biri də Alemaodur. "Qəbələ"nin maraq dairəsində olan oyunçu Azərbaycan klubuna azad agent kimi keçməyə yaxındır. Çünki "Parana" onun müqaviləyə xitam verilməsi istəyini qəbul edib. Yaxın günlərdə Alemaonun Braziliya klubu ilə münasibətlərinə son qoyub ölkəmizə yollanması gözlənilir.

Qeyd edək ki, Rafael Alemao “Parana”ya ötən ilin əvvəllərində "Sianorte"dən keçib.