13:36 23-08-2020
news_image
222
FUTBOL

B seriyasından təklif - "Neftçi"dən ayrılan məşqçiyə

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin işsiz günləri tezliklə başa çata bilər.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis ölkəsinin B seriyası klubunda çalışmağa yaxındır.

Çünki "Askoli" yeni baş məşqçi axtarışındadır ki, danışıq aparılan mütəxəssislərdən biri də Bordindir. Hazırkı çalışdırıcı David Dionigi ilə gələn həftə yollar ayrılacaq. Klub rəhbərliyinin bu posta 7 namizədi var. Onlar arasında Bordinlə yanaşı, Alessandro Nesta və Massimo Oddo kimi tanınmış simalar da yer alır.

Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin yayından bu ilin əvvəlinə qədər "Neftçi"yə rəhbərlik edib.