13:58 23-08-2020
news_image
180
FUTBOL

Baş məşqçisi ilə vidalaşdı - A seriyası klubu

"Parma"da baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, rəhbərlik Roberto Daversanı istefaya göndərib.

Klubun mətbuat xidməti 45 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırıldığını bəyan edib. Buna səbəb kimi isə komanda daxilində birliyin pozulması göstərilib. Daversa A seriyası təmsilçisini 2016-cı ilin dekabrından çalışdırırdı.

Qeyd edək ki, "Parma" geridə qalan mövsüm çempionatda 49 xalla 11-ci yeri tutub.