14:17 23-08-2020
news_image
368
FUTBOL

"Messinin ayrılması çıxış yolu deyil" - Ronaldo

Əfsanəvi braziliyalı futbolçu Ronaldo "Barselona"nın kapitanı Lionel Messinin hazırkı durumuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, "Valyadolid" klubuna prezidentlik edən "yekədiş" argentinalının Kataloniya təmsilçisində qalmalı olduğunu düşünür.

Onun sözlərinə görə, "Barselona" meydanda Messiyə kömək edəcək oyunçularla güclənməlidir: "Messi komandasının əsas oyunçusudur. "Barselona"nın rəhbərliyində olsaydım, istənilən şəraitdə onu buraxmazdım. Leo möhtəşəm oyunçudur və klubuna bağlıdır. Anaq Çempionlar Liqasındakı məğlubiyyətindən sonra vəziyyət daha da ağırlaşdı. Hər halda komanda yoldaşları Messiyə kömək etməlidirlər. "Barselona" gələn mövsüm üçün nəyisə dəyişməyə çalışmalıdır. Ancaq əsas oyunçusunun ayrılması çıxış yolu deyil".

Qeyd edək ki, "Barselona" 2019/20 mövsümünü titulsuz başa vurub.