23:51 23-08-2020
news_image
132
FUTBOL

Koronavirusa yoluxdu - "Barselona"nın yeni transferi

"Barselona"nın yeni transferi Miralem Pyaniç koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, özünü yaxşı hiss etməyən Bosniya və Herseqovina millisinin üzvü kluba müraciət edib. Aparılan koronavirus testinin nəticəsi pozitiv çıxan Pyaniç evində karantinə alınıb.

Qeyd edək ki, "Barselona" Miralem Pyaniçi bu yay 60 milyon avroya "Yuventus"dan transfer edib.