09:08 24-08-2020
news_image
88
FUTBOL

Finalın ən yaxşısı adına namizədlər açıqlandı - Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA final matçından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib.

Onlardan 3-ü “Bavariya”nı, 1-i isə PSJ-ni təmsil edir. Çempion “Bavariya”dan qapıçı Manuel Noyer, yarımmüdafiəçilər Tiaqo Alkantara və Kinqsli Koman, PSJ-dən isə Markinyoş bu ada iddia edirlər. Azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah açıqlanacaq.

Qeyd edək ki, finalda PSJ üzərində 1:0 hesablı qələbə qazanan "Bavariya" 2019/20 mövsümündə Çempionlar Liqasının qalibi olub.