10:28 24-08-2020
news_image
65
FUTBOL

57-ci legioner, 3-cü ispaniyalı - Premyer Liqada

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasında debüt edib. 

Apasport.az saytının məlumatına görə, bu, 2020/21 mövsümünün ilk turunun “Qarabağ”la səfər matçına təsadüf edib.

İspaniyalının debütü 0:2 hesablı məğlubiyyətlə əlamətdar olub. Qomes ölkə çempionatları tarixinə 57-ci legioner baş məşqçi kimi düşüb. Cari mövsümün startına qədər 56 əcnəbi çempionatın güclülər dəstəsində iş başında olub. “Sabah”ın çalışdırıcısı bu siyahıya düşən 3-cü ispaniyalıdır.

Onadək iki həmyerlisi Premyer Liqa həyəcanı yaşayıb. İspaniyalıların hər ikisi 2012/13 mövsümündə debüt edib. Karles Martorell Bakes çempionatın gedişində “Xəzər Lənkəran”ı 10 matça çıxarıb. Luis Araqon həmin mövsümün son 8 turunda “Qəbələ”nin əsas komandasına rəhbərlik edib.