11:29 24-08-2020
news_image
177
FUTBOL

İştirak ərizəsini UEFA-ya göndərdi - "Neftçi"

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, baş məşqçi Füzuli Məmmədov I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi” ilə oyunda güvənəcəyi futbolçu müəyyənləşdirib.

“Ağ-qaralar”ın heyətində 24 futbolçu göstərilib. Çalışdırıcı Avropanın ikinci dərəcəli klub turnirində 3 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçuya güvənəcək.

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov
Müdafiəçilər: 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 4. Rener Alves de Souza, 5. Anton Krivotsyuk, 6. Vojislav Stankoviç, 26. Ömər Buludov, 91. Tallison Dias
Yarımmüdafiəçilər: 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 28. Stiven Jozef-Monroz, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 45. Əli Mürsəlov, 80. İsmayıl Zülfüqarlı
Hücumçular: 22. Mirabdulla Abbasov, 55. İbrahim Əliyev

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" oyunu 20:00-da başlayacaq.