12:13 24-08-2020
news_image
371
FUTBOL

2-ci Superkubok iddiası – “Bavariya” və “Sevilya”nın

Çempionlar Liqasının qalibi “Bavariya” Avropa Liqasının kubokunu muzeyinə aparan “Sevilya” ilə UEFA Superkubokunda üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşma sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Bununla İspaniya təmsilçisi 6-cı, Almaniya çempionu isə 5-ci dəfə Superkubokda iştirak hüququ əldə edib. Maraqlıdır ki, hər iki komanda cəmi 1 dəfə titula yiyələnib. “Sevilya” 2006-cı ildə “Barselona”nı 3:0, “Bavariya” isə 2013-cü ildə “Çelsi”ni (2:2) penaltilər seriyası ilə üstələyib.

Münhen klubu 1975, 1976, 2001-ci illərdə, əndəlüslər isə 2007, 2014, 2015 və 2016-cı illərdə həlledici matçdan məğlub ayrılıb. Bundan başqa, “Sevilya” Superkubokda ilk dəfə almanlarla, “Bavariya” isə ispanlarla qarşılaşacaq.

Qeyd edək ki, UEFA Superkubokunu ən çox hərəyə 5 dəfə ilə “Barselona” və “Milan” qazanıb.