12:34 24-08-2020
news_image
143
FUTBOL

Çaşdı, cavabını aldı – Neymar

Çempionlar Liqasının “Bavariya” ilə PSJ arasında final oyunundan sonra kuryoz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisinin braziliyalı hücumçusu Neymar 0:1 hesablı məğlubiyyətdən sonra sosial şəbəkədə Münhen klubuna təbrik yazıb.

Lakin braziliyalı ulduz orijinal formada “Bayern” kimi yazılan Almaniya təmsilçisini təbrik edərkən texniki səhvə yol verib. Bir hərf səhvi təbrikin “Bayer”ə ünvanlanması ilə nəticələnib: “Məğlubiyyət – idmanın bir parçasıdır. Biz hər şey etməyə çalışdıq və sonadək mübarizə apardıq. Hər birinizin dəstəyi və sevgisi üçün təşəkkür edirəm. “Bayer”ə də təbriklər”.

“Bayer” Neymarın səhvinə biganə qalmayıb. Leverkuzen klubu çaşan futbolçuya cavab verib: “Təşəkkürlər, Neymar. Bizi niyə təbrik etdiyini o qədər də başa düşmürük. Axı biz məzuniyyətdəyik və FİFA oynayırıq... Amma təşəkkürlər”.