
11:27
Türkiyə Super Liqasının 2020/21 mövsümünün püşkatma tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, püşk avqustun 26-da atılacaq.
Türkiyə Futbol Federasiyasının (TFF) Rivadakı milli komandaların təlim-məşq bazasında baş tutacaq mərasim Bakı vaxtı ilə 22:00-da başlayacaq, qurum rəsmiləri və klubların nümayəndələri iştirak edəcək. Avqustun 27-də isə TFF I liqanın yeni mövsümünün təqvimi bəlli olacaq.
Qeyd edək ki, sentyabrın 12-də startı planlaşdırılan Türkiyə Super Liqasının 2020/21 mövsümündə 21 klub mübarizə aparacaq.