13:37 24-08-2020
news_image
214
FUTBOL

"Şkendiya" ilə oyuna 22 futbolçu sifariş etdi - "Sumqayıt"

"Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Şimali Makedoniyanın “Şkendiya” klubu ilə matça 22 oyunçu sifariş edib.

Həmin qarşılaşmada baş məşqçi Ayxan Abbasovun ixtiyarında 3-ü qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu olacaq.

Qapıçılar: 1. Mehdi Cənnətov, 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev
Müdafiəçilər: 3. Vurğun Hüseynov, 4. Kərəm Sultanov, 5. Cəmaləddin Xocaniyazov, 7. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 30. Nəbi Məmmədov, 33. Eltun Turabov
Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Səbuhi Abdullazadə, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 21. Adəm Həmati, 60. Elvin Məmmədov, 88. Cavid Quliyev, 97. Xəyal Nəcəfov
Hücumçular: 9. Əli Qurbani, 19. Nurlan Quliyev, 20. Rüfət Abdullazadə

Qeyd edək ki, avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Şkendiya” oyunu 20:00-da start götürəcək.