14:02 24-08-2020
news_image
122
FUTBOL

“Bavariya” zirvədə - “Real”ı arxada qoydu

Avrokubokların 2019/20 mövsümü başa çatdıqdan sonra klubların yekun UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mövsümün son qarşılaşması sıralamaya təsir edib.

Çempionlar Liqasının finalında PSJ-ni bir qolla məğlub edən “Bavariya” cari mövsümdəki xal sayını 36-ya, son 5 ilin nəticələrinə əsasən reytinqini 136-ya çatdırıb. Münhen təmsilçisi bununla da zirvəyə yüksəlib. Almaniyalılar “Real”ı 2 xal arxada qoyub. İlk “üçlüy”ü digər İspaniya klubu “Barselona” qapayır. Ümumiyyətlə, ilk “onluq”da İspaniya 4, İngiltərə 3, Almaniya, İtaliya və Fransa 1 klubla təmsil olunub.

421 klubun yer aldığı cədvəldə Azərbaycanın 7 komandası yer alıb. Ən yaxşı təmsilçimiz “Qarabağ” yekunda 72-ci, “Qəbələ” 148-ci yeri bölüşüb. Digər 5 komanda eyni xalla 274-cü yerə şəriklər sırasında yer alıb.

İlk “onluq”
1. “Bavariya” (Almaniya) - 136,000
2. “Real” (İspaniya) – 134,000
3. “Barselona” (İspaniya) – 128,000
4. “Atletiko” (İspaniya) – 127,000
5. “Yuventus” (İtaliya) – 117,000
6. “Mançester Siti” (İngiltərə) – 116,000
7. PSJ (Fransa) – 113,000
8. “Sevilya” (İspaniya) – 102,000
9. “Mançester Yunayted” (İngiltərə) – 100,000
10. “Liverpul” (İngiltərə) – 99,000

Azərbaycan klubları
72. “Qarabağ” – 21,000
148. “Qəbələ” – 7,300
274. “Neftçi” – 3,750
274. “Səbail” – 3,750
274. “Keşlə” – 3,750
274. “Zirə” – 3,750
274. “Kəpəz” – 3,750