14:47 24-08-2020
news_image
329
FUTBOL

“Keşlə” ilə matçın “11-liy”i – “Laçi”də

Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə”nin qonağı olacaq “Laçi”də təxmini “11-lik” açıqlanıb.

Apasport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Armando Kunqu Bakıdakı görüşdə meydana buraxacağı start heyətini müəyyənləşdirib.

Yerli KİV son yoxlama görüşlərinə əsasən, 47 yaşlı mütəxəssisin “Keşlə” önünə 4-3-3 taktiki sxemi ilə çıxacağını düşünür. Çərçivə gənc Alen Şerriyə həvalə ediləcək. Müdafiə “dördlüy”ündə müvafiq olaraq soldan sağa doğru Endrit Marku - Aleksandr İqnatovic – Renato Malota - Rudolf Turkajdan ibarət olması gözlənilir.

Baş məşqçi müdafiəçilərin önündə Lukas Ramosa güvənəcək. Ardit Deliu və Reqi Luşkyanın onun önündə oynaması ehtimal edilir.

Braziliyalı Teko sağ, Redon Çixya isə sol vinger kimi iştirak etməlidir. Komandanın qol yükünü Kirian Nuabueze daşıyacaq.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” matçı saat 21:00-da başlayacaq.