15:40 24-08-2020
news_image
150
FUTBOL

Suares “Barselona”dan gedir - Kumana lazım deyil

İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suares bu yay La Liqa təmsilçisini tərk edə bilər.

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya təmsilçisinin yeni baş məşqçisi Ronald Kuman uruqvaylı hücumçuya güvənmir.

Bunu niderlandlı mütəxəssis futbolçu ilə söhbətində etiraf edib. Kuman bu gün Suaresə zəng edərək növbəti mövsümdə sərəncamında görmək istəmədiyini bildirib.

Luis klubdan hazırlıq dövrünün başlanması ilə bağlı bildiriş də almayıb. Bu günlərdə “Barselona”nın hüquqşünasları onunla görüşməlidir. Tərəflər 2021-ci ildə başa çatacaq müqaviləyə xitam verilməsini müzakirə edəcək.

Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”nın şərəfini qoruyur.