16:05 24-08-2020
news_image
133
FUTBOL

Avqustun 28-ni gözləyir – Azərbaycanla oyun üçün

UEFA Millətlər Liqasının 2020/21 mövsümündə Azərbaycanla eyni qrupda yer alan Kipr yığmasının ilk oyunlar üçün heyəti açıqlayacağı tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Yohan Valem Monteneqro və Azərbaycanla görüşlərdə ixtiyarında görmək istədiyi oyunçuların adlarını avqustun 28-də açıqlayacaq.

48 yaşlı çalışdırıcı həmin gün mətbuat konfransı təşkil edəcək və qarşıya qoyulan hədəflər barədə məlumat verəcək.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan millimiz sentyabrın 8-də Nikosiyada məhz Kiprin qonağı olacaq. Komandamız buna qədər sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edəcək. Kipr millisi isə ilk oyun günündə Monteneqro ilə evdə qarşılaşacaq.