16:18 24-08-2020
news_image
197
FUTBOL

"Laçi" ilə oyunun iştirak ərizəsini açıqladı - "Keşlə"

“Keşlə” Avropa Liqasının I təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Albaniya təmsilçisi “Laçi” ilə oyunda məşqçilər korpusunun ixtiyarında olacaq oyunçuları müəyyənləşdirib.

Paytaxt klubunun çalışdırıcısı Yunis Hüseynov 22 oyunçu arasında seçim edəcək. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 2-si hücumçudur.

Qapıçılar: 1. Stanislav Namaşko, 85. Kamal Bayramov, Əkbər Vəliyev
Müdafiəçilər: 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 18. Ruslan Əmircanov, 21. Miyuşko Boyoviç, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 23. Artur de Souza Batista
Yarımmüdafiəçilər: 7. Rəhman Hacıyev, 9. Cavid İmamverdiyev, 17. Vüsal İsgəndərli, 25. Con Kamara, 48. Dmitro Klots, 99. Rafael Məhərrəmli, 22. Şaxruh Qadoyev, 14. Turan Vəlizadə, Seymur Əsədov
Hücumçular: 11. Silvio Rodriges, 42. Aleksandr Kristovao

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da start götürəcək.