16:39 24-08-2020
news_image
141
FUTBOL

Üç gündə 45 oyun – Avropa Liqasında

Sabah Avropa Liqasında I təsnifat mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, üç gün ərzində 45 matç keçiriləcək.

Bir oyunla münasibətlərini aydınlaşdıracaq cütlər II təsnifat mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək. Azərbaycan təmsilçiləri “Neftçi”, “Keşlə” və “Sumqayıt” avqustun 27-də meydana çıxacaq.

Sonuncular “Şkendiya”nı, “Neftçi” “Şkupi”ni sınağa çəkəcək. Şimali Makedoniyalılarla duellərə çıxacaq bu iki komanda kimi, “Keşlə” də evdə oynayacaq. Bakılılar Albaniya “Laçi”sini qəbul edəcək.

I təsnifat mərhələsinin digər iki matçının tarixi isə hələ dəqiqləşməyib. İlkin mərhələnin hələ də baş tutmayan “Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) cütünün qalibi “Union”la (Lüksemburq) görüşməlidir. Gec keçirilən “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) cütündə qələbə qazanan sonuncuların APOEL-lə (Kipr) dueli də sonradan təşkil olunacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
25 avqust

20:00. “Riterlay” (Litva) - “Derri” (İrlandiya) 
26 avqust
20:30. “Proqress” (Lüksemburq) - “Zeta” (Monteneqro)
27 avqust
18:00. “Kayrat” (Qazaxıstan) - "Noa" (Ermənistan)
18:00. “Ordabası” (Qazaxıstan) - "Botoşani" (Rumıniya)
18:00. “Ventspils” (Latviya) - “Dinamo-Avto” (Moldova)
18:30. “Borats” (Bosniya və Herseqovina) - "Sutyeska" (Monteneqro)
18:30. “Teuta” (Şimali Makedoniya) - "Beytar" (İsrail)
18:30. “Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya)
19:00. “Dinamo” (Minsk, Belarus) - "Pyast" (Polşa)
20:00. “Sumqayıt” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya)
20:00. "Alaşkert" (Ermənistan) - “Renova” (Şimali Makedoniya)
20:00. “Apollon” (Kipr) - “Saburtalo” (Gürcüstan) 
20:00. "Bodo Qlimt" (Norveç) – “Jalgiris” (Kauno, Litva)
20:00. “Neftçi” (Azərbaycan) - “Şkupi” (Şimali Makedoniya)
20:30. “Fehervar” (Macarıstan) - “Bohemians” (İrlandiya)
20:30. "Olimpiya" (Sloveniya) - “Vikinqur” (İslandiya)
21:00. “Lokomotivi” (Gürcüstan) - “Universitatya” (Rumıniya)
21:00. MOİK (Bolqarıstan) - “Sirens” (Malta) 
21:00. “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina)
21:00. “Keşlə” (Azərbaycan) - "Laçi" (Albaniya)
21:00. “Vaduts” (Lixtenşteyn) - “Hibernians” (Malta) 
21:00. “Orxus” (Danimarka) - “Honka” (Finlandiya) 
21:00. “Malmö” (İsveç) - “Krakoviya” (Polşa)
21:00. “Hammarbü” (İsveç) - “Puşkaş Akademi” (Macarıstan)
21:00. “Rusenborq” (Norveç) - “Breydablik” (İslandiya) 
21:00. “Jalgiris” (Vilnüs, Litva) - “Payde” (Estoniya)
21:15. “Hafnarfyordur” (İslandiya) - "Dunayska" (Slovakiya)
21:30. TNS (Uels) - "Jilina" (Slovakiya)
21:30. “Şaxtyor” (Belarus) - “Sfantul” (Moldova) 
21:45. "Hapoel" (Beer-Şeva, İsrail) - “Dinamo” (Batumi, Gürcüstan) 
22:00. “İskra” (Monteneqro) - “Lokomotiv” (Plovdiv, Bolqarıstan)
22:00. “Petrokub” (Moldova) - “Topola” (Serbiya) 
22:00. "Kukesi" (Albaniya) - "Slaviya" (Bolqarıstan)
22:00. “Valletta” (Malta) - “Bala Taun” (Uels) 
22:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Differdanj” (Lüksemburq) 
22:00. B-36 (Farer adaları) - “Levadiya” (Estoniya)
22:15. “Servett” (İsveçrə) - "Rujomberok" (Slovakiya)
22:30. "Styaua" (Rumıniya) - "Şirak" (Ermənistan)
22:45. “Motervell” (Şotlandiya) - “Qlentoran” (Şimali İrlandiya)
22:45. "Aberdin" (Şotlandiya) - “Runavik” (Farer adaları)
22:45. "Maribor" (Sloveniya) - “Kolreyn” (Şimali İrlandiya)
23:00. "Lex" (Polşa) - “Valmiera” (Latviya)
23:00. “Partizan” (Serbiya) - RFS (Latviya)
23:00. “Şemrok Rovers” (İrlandiya) - “İlves” (Finlandiya) 
23:00. “Honved” (Macarıstan) - “İnter” (Finlandiya)