18:00 24-08-2020
news_image
463
FUTBOL

“Beşiktaş” mübarizəyə qoşulur - Çempionlar Liqasında

Sabah Çempionlar Liqasında II təsnifat mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, iki gün ərzində 13 oyun baş tutacaq.

Bir matçda münasibətlərini aydınlaşdıracaq cütlərdən ikisi sabah, digərləri ertəsi gün meydana çıxacaq. Bu qarşılaşmalardan 10-u Çempionlar yolu, 3-ü Liqa yolunda gerçəkləşəcək.

Qonşu Türkiyənin təmsilçisi “Beşiktaş” sabah Liqa yolunda qüvvəsini sınayacaq. İstanbul klubu Yunanıstanda PAOK-la görüşəcək.

Azərbaycan çempionu “Qarabağ” ikinci oyun günündə Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq. Qurban Qurbanovun yetirmələri Moldova çempionu “Şerif”i sınağa çəkəcək.

Avqustun 26-da meydana çıxmalı olan “Yanq Boyz”un (İsveçrə) rəqibi isə hələ də bəlli deyil. Çünki “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) oyunu koronavirus pandemiyası səbəbindən iki dəfə təxirə salınıb. UEFA matçla bağlı yekun qərarını hələ verməyib. 


Çempionlar Liqası
II təsnifat mərhələsi
25 avqust
Çempionlar yolu

22:00. "Tirana" (Albaniya) - “Srvena Zvezda” (Serbiya)
Liqa yolu
22:00. PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
26 avqust
Liqa yolu

18:30. “Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya)
21:00. “Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)
Çempionlar yolu
20:00. “Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova)
20:00. “Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail)
20:00. "Çelye" (Sloveniya) - “Molde” (Norveç)
21:30. “Lüdoqorets” (Bolqarıstan) - “Midtülland” (Danimarka)
22:00. “Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina)
22:00. ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
22:00. “Legiya” (Polşa) - “Omoniya” (Kipr)
22:15. “Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi
22:45. “Seltik” (Şotlandiya) - “Ferensvaroş” (Macarıstan)