
11:18
Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarbağ”la qarşılaşacaq “Şerif”in Bakıya yollanacağı tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Moldova çempionu sabah çarter reysi ilə yola düşəcək.
Matç öncəsi UEFA-nın qaydalarına uyğun olaraq rəhbərlik, məşqçi heyəti və futbolçular koronavirus testindən keçib, bütün nəticələr neqativ çıxıb. Testin cavabları UEFA-nın Nyondakı mənzil-qərargahına göndərilib.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" oyunu saat 20:00-da başlayacaq.