17:44 24-08-2020
news_image
119
FUTBOL

Futbolçuları simvolik komandada - “Şkupi” və “Şkendiya”nın

Şimali Makedoniyada III turun rəmzi komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Neftçi” və “Sumqayıt”la qarşılaşacaq “Şkupi” ilə “Şkendiya” yenə simvolik komandada təmsil olunub.

Turu qələbə ilə başa vuran hər iki klubun 2 oyunçusu bu siyahıya düşüb. “Neftçi”nin rəqibində sol cinah müdafiəçisi Darko Qlişik və hücumçu Darbo Dembo, “Sumqayıt”ın qonağı olacaq “Şkendiya”da isə yarımmüdafiəçilər Armend Alimi və Salah Abu-Baker fərqlənib. Darbo Dembo ardıcıl ikinci dəfə rəmzi “11-lik”də özünə yer etməyi bacarıb.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” və “Sumqayıt” – “Şkendiya” oyunları avqustun 27-də keçiriləcək.