22:04 24-08-2020
news_image
203
FUTBOL

"Ayaks"ın daha bir futbolçusunu istəyir - "Barselona"

"Ayaks"ın müdafiəçisi Nikolas Talyafiko İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı sol cinah oyunçusu "Barselona"nın maraq dairəsinə düşüb.

2012/13 mövsümündə İspaniyada "Mursiya"nın formasını geyinmiş Argentina millisinin üzvü üçün Kataloniya klubu qarşı tərəflə danışıqlara başlayıb. Talyafikonun transfer qiyməti 22,5 milyon avro dəyərində göstərilir. Oyunçu həmçinin "Atletiko"nun da gündəmindədir. "Barselona" həmçinin Amsterdam təmsilçisinin yarımmüdafiəçisi Donni van de Beki də transfer etmək istəyir.

Qeyd edək ki, Nikolas Talyafikonun "Ayaks"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.