22:36 24-08-2020
news_image
99
FUTBOL

Premyer Liqanın kəşfi qərarını verdi – klubunda qaldı

İngiltərənin “Lester” klubu Ceyms Meddisonla yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, bir sıra aparıcı klubların maraq dairəsində olan yarımmüdafiəçi yeni anlaşmaya əsasən 2024-cü ilə qədər “tülkülər”in heyətində qalacaq.

Premyer Liqanın kəşfi sayılan Ceyms “Lester”in hücumlarının əsas qurucularındandır. O, başa çatan mövsümdə 6 qol vurub.

Qeyd edək ki, Meddisonu heyətində görmək istəyən klublar arasında yayda səs-küylü transfer reallaşdırmağa çalışan “Mançester Yunayted” də var idi. Lakin Ceyms komandasını dəyişməməyə üstünlük verib.