22:50 24-08-2020
news_image
527
FUTBOL

170 milyon avroluq təklif – 17 yaşlı hücumçu üçün

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” gənc hücumçunun xidmətində maraqlıdır.

İngiltərəlilər 17 yaşlı forvardın transferi üçün 170 milyon avro ödəməyə hazırdır. Bu, Fatinin müqaviləsində əks olunan məbləğdir. Kataloniyalılar bu rəqəmi 400 milyona qaldırmaq üçün futbolçuya yeni anlaşma təklif etmək niyyətindədir.

Qeyd edək ki, 2019/20 mövsümündə La Liqada 24 matç keçirən Ansu 7 qol vurub.