22:34 25-08-2020
news_image
303
FUTBOL

Litvada 5 qol - YENİLƏNİB

Avropa Liqasında I təsnifat mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə görüşü Litvada təşkil olunub. “Riterlay” öz meydanında İrlandiya təmsilçisi “Derri”ni sınağa çəkib. Məhsuldar keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Əlavə vaxtın ilk dəqiqəsində vurulan qol meydan sahiblərini II təsnifat mərhələsinə daşıyıb.

Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 26-27-də keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
25 avqust
20:00. “Riterlay” (Litva) - “Derri” (İrlandiya) – 3:2, əlavə vaxtda

Paulauskas, 39, 48, Kazlauskas, 91 – Tomson, 18, Toal, 62