23:19 24-08-2020
news_image
241
FUTBOL

Uruqvaylı futbolçunu transfer etdi - "Fənərbaxça"

"Fənərbaxça" heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, "Las Palmas"ın mərkəz müdafiəçisi Mauritsio Lemos karyerasını Türkiyə klubunda davam etdirəcək.

Super Liqa təmsilçisi uruqvaylı oyunçunun transferi qarşılığında ispanlara 1,5 milyon avro ödəyəcək. Bu gün gecə saatlarında İstanbula yollanacaq Lemos sabah 3+1 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Fənərbaxça" yay fasiləsində buna qədər Mərt Hakan Yandaş, İsmail Yüksək, Caner Erkin, Gökhan Gönül, Filip Novak, Xose Sosa, Mame Tiam, Sinan Gümüş və Barış Sunquru heyətinə cəlb edib.