23:47 24-08-2020
news_image
68
FUTBOL

Koronavirus şübhəsi - Rahim Sterlinqdə

"Mançesester Siti"nin hücumçusu Rahim Sterlinqin koronavirus infeksiyasına yoluxmaq şübhəsi yaranıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb 26 yaşlı futbolçunun əfsanəvi atlet Useyn Boltun ad günü məclisində iştirak etməsidir.

Böyük şənlik təşkil edən Boltun ertəsi gün virusa yoluxduğu aşkarlanıb. Məclis zamanı qonaqlar tibbi maskadan yararlanmayıb və sosial məsafəyə riayət etməyiblər. Sterlinqlə yanaşı, başqa bir neçə tanınmış da tədbirdə iştirak edib. Onların hər biri koronavirus testindən keçiriləcək və cavablar açıqlanana qədər karantin vəziyyətində olacaqlar.

Qeyd edək ki, Rahim Sterlinq ötən mövsüm Premyer Liqanın 33 oyununda 20 qol vurub, 1 məhsuldar ötürmə verib.