09:33 25-08-2020
news_image
255
FUTBOL

Çempionlar Liqasında 80-ci sınağı – Azərbaycan klublarının

Sabah Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasında Moldova “Şerif”ini qəbul edəcək.

Bakıda baş tutacaq görüş Azərbaycan klublarının Çempionlar Liqasında 80-ci qarşılaşması olacaq. Yubiley ərəfəsində təmsilçilərimiz qitənin ən nüfuzlu klub turnirində 79 matç keçirib.

II təsnifat mərhələsinin oyununa qədər klublarımız ümumilikdə 25 qələbə qazanıb. Təmsilçilərimizin aktivində 24 heç-heçə də var. 30 dəfə uduzan komandalarımız 77 qol vurub, 98-ni buraxıb.

Qeyd edək ki, Azərbaycan klubları Çempionlar Liqasında 1997/98 mövsümündə debüt edib. İyulun 23-dəki matçda “Neftçi” evdə Polşa “Vidzev”inə uduzub – 0:2.