10:13 25-08-2020
news_image
123
FUTBOL

Yeni transferi koronavirusa yoluxdu – “Trabzonspor”un

“Trabzonspor”un “Boka Xuniors”dan transfer etdiyi İvan Markone koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçidən götürülən testin nəticəsi pozitiv çıxıb.

Bu səbəbdən ölkəsində 14 günlük karantinə alınan 30 yaşlı oyunçunun Türkiyəyə yollanması yubanacaq. Futbolçu ən yaxşı halda yeni mövsüm öncəsi “bordo-mavililər”ə qoşulacaq.

Qara dəniz təmsilçisinin “Bahya”dan transfer etdiyi braziliyalı orta sahə oyunçusu Flavio Madeyros isə bu gün Türkiyəyə uçacaq və yeni komandası ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, İvan Markone ötən il Argentina millisinin heyətində 1 oyun keçirib. “Trabzonspor” onu birdəfəlik transfer etmək şərti ilə icarəyə götürüb.