10:44 25-08-2020
news_image
124
FUTBOL

Uğursuz gündə uğur axtarışında – “Qarabağ”

Sabah keçiriləcək Çempionlar Liqasının “Qarabağ” – “Şerif” oyunu Azərbaycan klublarının bu tarixdəki 3-cü matçı olacaq.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz indiyədək 2 dəfə avqustun 26-da avrokubok görüşünə çıxıb.

Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb. Bir qolun vurulduğu oyunlar təmsilçilərimiz üçün uğursuz alınıb.

1999/2000 mövsümündə “Neftçi” Belqradda “Srvena Zvezda”nın qonağı olub. UEFA kubokunun təsnifat mərhələsindəki cavab matçı serbiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

11 il sonra “Qarabağ” avqustun 26-da ev matçına çıxıb. Avropa Liqasının pley-offunun cavab görüşündə təmsilçimiz Dortmund “Borussiya”sını qəbul edib. Almaniya klubu bir qolla Bakıdan qalib ayrılıb.