
00:59
Almaniyanın II Bundesliqa klubu “Bohum”da çıxış edən Barış Ekincier Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinə çağırılıb.
Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi AVRO-2021-in seçmə mərhələsində Fransa ilə keçiriləcək matça dəvət olunub.
Ekincierlə yanaşı, “Bohum”un daha 3 oyunçusu öz millisinin növbəti rəsmi oyununda iştirak edəcək.
Qeyd edək ki, AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupu çərçivəsində Azərbaycan - Fransa oyunu sentyabrın 7-də keçiriləcək.