11:47 25-08-2020
news_image
95
FUTBOL

Koronavirusa yoluxdu – Türkiyə klubunun futbolçusu

Türkiyə Super Liqasında çıxış edən daha bir klubun futbolçusu koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, “Göztəpə” yeni tansfer etdiyi futbolçulardan birinin testinin pozitiv çıxdığını bəyan edib.

Həmin oyunçunun adı açıqlanmasa da, onun heyətə yeni cəlb olunduğu vurğulanıb. Afyon toplanışına cəlb edilməyən futbolçu evində karantinə alınıb.

Qeyd edək ki, son günlər Türkiyə Super Liqası və TFF I liqasında çıxış edən bir neçə klubda koronavirusa yoluxma faktı aşkarlanıb.